Masallı rayonunda 25 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, hadisə Musaküçə kəndində qeydə alınıb.
Kəndin sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimov yaralı halda, təcili yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətlin hansı səbəbdən törədildiyi hələ ki məlum deyil.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.