14 Yanvar 2015 13:13
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 13-də rayonun Sarıxanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Sabit Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi, 2003-cü il təvəllüdllü İmaməddin Allahverdiyevi vurub.

Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: