28 Sentyabr 2023 12:54
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayevin barəsində olan cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il fevralında isə azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər