Bakının Səbail rayonunda piyada keçidində yanğın olub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinə məxsus (ümumi sahəsi 50 kv.m olan keçid) piyada keçidində ümumi sahəsi 30 kv.m olan fəaliyyət göstərməyən çayxananın taxtadan ibarət tavanı yanıb. Keçid yanğından mühafizə olunub.
Yanğın saat 00:49-da söndürülüb.