Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.