Bakının Xəzər rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1967-ci il təvəllüdlü Aydın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Aydın Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin fevralın 11-də saat 7 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Aydın Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Aydın Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.