6 Oktyabr 2023 14:19
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Teleqraf.com xəbər verir ki, buna səbəb Bakı Hərbi Məhkəməsinin inzibati binasında geniş zalın olmamasıdır.

Cinayət işində zərərçəkmişlərin sayının çox olması nəzərə alınaraq daha böyük zalda prosesin keçirilməsi üçün müvafiq qərar qəbul edilib.

***

10:58

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin məhkəməsinin vaxtı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclas oktyabrın 13-nə təyin olunub.

Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılacaq. İş hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər