6 Oktyabr 2023 16:46
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Voronej şəhərində polis 15 yaşlı yeniyetməni boyun nahiyəsindən ağır yaralayan Azərbaycan vətəndaşını saxlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə avqustda baş verib.

Məlumata görə, Vladimir Nevski küçəsindəki evlərdən birinin yaxınlığında əcnəbi 15 yaşlı yeniyetməni boyun nahiyəsindən yaralayıb. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İstintaq Komitəsinin müstəntiqləri ilə birlikdə şübhəli bilinən şəxsin 54 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyən edilərək saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Voronej vilayəti üzrə idarəsinin məlumatına görə, əcnəbi qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunub. Məhkəmə onu həbs edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər