13 Oktyabr 2023 09:57
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonu, Xəzər kənd sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilova yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər