Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə bu gün keçirilən məhkəmənin növbəti iclasında maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, iclasın başlamasından əvvəl zərərçəkmiş şəxslərdən olan İbrahim Nurməmmədov Vaqif Xaçatryana yaxınlaşıb.
Bu zaman onların arasında kiçik dialoq olub vəuXaçaturyan 31 il əvvəl işgəncə verdiyi şəxsi tanıdığını deyib.
Qeyd edək ki, zərərçəkmiş İbrahim Nurməmmədov Meşəli hadisələri zamanı güllə yarası alıb.
Xatırladaq ki, ötən məhkəmədə də Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşmişdi.