17 Oktyabr 2023 13:36
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsrləndirilən Vaqif Xaçaturyanın ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Teleqraf.com-un məlumatına görə, Vaqif Xaçaturyan istintaqa bildirib ki, 1955-ci il tarixdə Əsgəran rayonunun Badara kəndində anadan olub.

Həmin kənddə qeydiyyatda olmaqla yaşayıb, evlidir və üç qız övladı var. Ailədə ondan başqa iki qardaşı və bir bacısı olub. Bacısı və bir qardaşı Qarnik ölüb.

Vaqif Xaçaturyan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirib, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb.

Robert Köçəryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra, 50-55 yaşına qədər erməniləri özünümüdafiə adı ilə Stepanakert şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb.

Bununla əlaqədar Vaqif Xaçaturyan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib, qeydiyyata düşüb. Hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla üç qrupa bölünüblər.

Daha sonra hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə aparılıblar. Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, hədəfi nişan alıb atəş açmaq və digər təlim məşqləri keçiblər. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçaturyanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb oradakı postda xidmət aparmaları tapşırılıb, 7 gündən bir həmin posta çıxıb 7 gün xidmət aparıb, xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb və o, həmin döyüşlərdə iştirak etməyib.

Postda xidmət aparan zaman Vaqif Xaçaturyanın böyrəkləri və bağırsaqları soyuqladığına görə o, 1992-ci ilin oktyabr ayının əvvəllərində Stepanakert şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunduqdan sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub.

Mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.

1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçaturyan həmin işdən çıxıb və Badara kəndində təsərrüfatı ilə məşğul olmağa başlayıb.

Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağında postda xidmət etdiyini təsdiqləyib: "Biz o vaxt özümüzü azərbaycanılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komissarlıq tərəfindən bizə silah verilmişdi".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər