Bakının Suraxanı rayonunda ötən ilin son gecəsi faciə ilə üzləşən kişi yeni ildə cəmi 15 gün yaşadı.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə 2014-cü il dekabr ayının 31-də, axşam saatlarında Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Şükür Quliyevi inək vurub. Xəstəxanaya yerləşdirilmiş Şükür Quliyev yanvarın 15-də orada ölüb.
Hacı Zeynalov