Bakının Səbail rayonunda meyit aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, meyit yanvarın 15-də Səbail rayonunun M.Hüseyn küçəsi ev 47-nin qarşısında aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Meyit 60-65 yaşlı kişi cinsinə məxsusdur. Üzərində şəxsiyyət vəsiqəsi olmadı üçün meyitin kimliyini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov