Dələduzluqda təqsirləndirilən Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova, Niyaməddin Abasov, Pərviz Əliyev və Turac Mamedovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Niyaməddin Abasov 5 il, Pərviz Əliyev 1 il 9 ay azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs olunublar.
Digər təqsirləndirilən şəxslər Elbar Haqverdiyev, Ruhəngiz Məmmədov və Turac Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlara 2 il şərti cəza verilib.
İş üzrə təqsirləndirilən Samirə Mirzəyevə isə istintaqdan yayındığı üçün onun barəsində olan cinayət işi ayrıca icraata verilib.
Təqsirləndirilən şəxslər müxtəlif şəxslərə yalan vədlər verərək onlara pensiya düzəldəcəkləri barədə sözlər vermiş və onların pullarını dələduzluq yolu 321 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.