Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Simuzər İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Simuzər İbrahimova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən Simuzər İbrahimova Bakı şəhər sakini Nurəngiz Hüseynzadənin etibarından sui-istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmayıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.
Hacı Zeynalov