Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinə qanunsuz əşyalarının keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib.
Keçirilən baxış zamanı Yeganə Əliyevanın gətirdiyi “Ana-bala” adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd “Nokia” markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Camal Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitə saxlama) maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov