Sumqayıt şəhərində qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 16-da saat 18 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.
Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib, yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar araşdırma aparılır.