Zaqatala sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Mustafa Həməliyev, Güləhməd Həsənov və Bəhruz Cavadovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.