Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə şahid qismində ifadə verən Azay Kərimovun ifadəsi davam edib.
Teleqraf.com xəbər verir ki, şahidin sözlərinə görə, Vaqif Xaçaturyanı yaxşı tanıyıb və üzləşdirilib.
Qeyd edib ki, Xaçaturyan Azərbaycan dilində sərbəst danışa bilir.
Şahidin sözlərinə görə, üzləşdirmə zamanı bir-birlərini yaxşı tanıyıblar.
Hakim deyib ki, nümayəndə, zərərçəkmiş, hüquqi varis və təqsirləndirilən şəxslərin dindilməsi başa çatıb.
Hakim sənədlərin tədqiqi mərhələsini başlandığını elan edib.
Daha sonra hakim cinayət işində olan sənədləri elan etməyə başlayıb. Hakim Meşəli kəndini sakinlərinin odlu silahdan öldürülməsi barədə ekspertiza rəylərini elan edib.
***
10:55
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə şahid qismində Azay Kərimov ifadə verib.
Teleqraf.com xəbər verir ki, şahidin sözlərinə görə, təqsirləndirilən şəxsi tanıyıb: "Özüm hərbiçi olmuşam. Azərbaycana 1990-ci ilin yanvarında gəlmişəm. Bizim kəndimiz Xankəndiyə bitişikdi. Milli orduya özüm könüllü qoşulmuşam. Qarabağda yaşayan ermənilərin bir çoxu milli münaqişələr yaradıblar. Köçəryan, Sarkisyan, Vitali Bakasiyan erməniləri qızışdırırdılar, mitinqlərə cəlb edirdilər. Bunlar əllərinə silah almayan erməniləri şantaj edirdilər".
Şahidin sözlərinə görə, Meşəli hadisəsi baş verən günü Şuşanın Malıbəyli kəndini mühafizə edirmiş: "11 nəfərlik dəstə idilər. Biz müşahidə aparırdıq, onlar oğurluq edirdilər. Heyvanları belə gülləyirdilər. Biz bu mütəşəkkil dəstəninin 8 üzvünü zərərsizləşdirə bilmişdik".
Şahid qeyd edib ki, Meşəli hadisəsindən əvvəl Vaqif Xaçaturyan cinayət törətdiyi üçün Şuşa həbsxanasında saxlayıblar. Xaçaturyan türmədə dişləri ilə damarını kəsib, bu səbəbdən onu Şuşa xəstəxanasına aparıblar. Bundan sonra Vaqif Xaçaturyan xəstəxanadan qaçıb.
Azay Kərimov deyib ki, Vaqif Xaçaturyan milli münaqişələrin baş verməsinin təşkilatçılarından əsas adam olub: "Vaqif Xaçaturyan bu cinayətləri törətməklə həmin dövrdə özünə hökm çıxarıb. Bu, özbaşına deyildi. Məcbur edənlər var idi. Onlar da indi burada yoxdurlar. Ermənistanda mətbuata açıqlamalar verib. Samuel Babayan bir nömrəli fiqurdur, cinayət törədib".
Şahid qeyd edib ki, general polkovnik Ramil Usubov o dövrdə Qarabağda işləyib: "Ermənilərin 95 faizi ona işləyirdi. Biz buna görə də qabaqcadan əməliyyat məlumatları alaraq hadisə yerinə gedirdik".