Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə cinayət işində olan sənədləri elan olunub.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayev cinayət işində olan sənədləri məhkəmədə açıqlayıb.
Daha sonra Vaqif Xaçaturyanın səhhəti ilə bağlı təyin olunan ekspertiza rəyləri elan olunub. Həmin rəylərdən görünür ki, Vaqif Xaçaturyanın səhhətində heç bir problem yoxdur, sağlamdır. O, Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb.
Bundan sonra cinayət işində Meşəli kəndində dağılmış evlərin, mağazaların görüntüləri olduğu qeyd olunub.
Həmçinin cinayət işində olan üzləşdirmə protokolları elan edilib.
Hakim cinayət işində olan sənədlərin elanın bitdiyini açıqlayıb.
Daha sonra hakim məhkəmə istintaqının yekunlaşması barədə tərəflərin fikirlərini öyrənib. Prokuror məhkəmə istintaqının yekunlaşdırılmasını təklif edib. Təqsirləndirlilən şəxs və onun vəkili buna etiraz etməyib.
Hakim heyəti məhkəmə istintaqının yekunlaşdırılması və çıxışlar mərhələsinin başlanması barədə qərar qəbul edib.
Çıxış etmək üçün prokurora söz verilsə də, prokuror məhkəmədən vaxt istıyib.
Proses sabah davam edəcək.