Bakıda yanğın hadisəsi qeydə alınıb.
Teeqraf.com FHN-in saytına istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m (hər mərtəbəsi 45 kv.m) olan ikimərtəbəli 4 otaqlı evin ikinci mərtəbəsinin bir otağının tavanı 10 kv.m sahədə yanıb.
Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.