Mingəçevir şəhərində yerləşən çay evində “On-line” qumar oyunlarının təşkil edilməsi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəhriyar küçəsində yerləşən “Rəhman” çay evində şəhər sakinləri Elşad Əhmədovun, Fərrux Musayevin, Bayram Bayramlının və Şəki şəhər sakini Yusif Baqıyevin “On-line” qumar oyunlarının təşkil etmələri müəyyən edilib.
Baxış zamanı qumarxanada “On-line” qumar oyunları yazılmış 2 ədəd kompyuter dəsti, 3 ədəd “LCD” televizor, 1 ədəd qumar kuponlarını çap edən printer, 39 ədəd oyun kuponu və 200 manat məbləğində uduş pulu aşkar edilib.
Hacı Zeynalov