13 Noyabr 2023 13:41
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan 56 yaşlı Azər Əfəndiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə bu il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib.

Azər Əfəndiyev şəxsi münasibətlər zəminində mübahisə zamanı bacısı 58 yaşlı Məlahət Əfəndiyevaya yumruqla zərbə endirib. Məlahət Əfəndiyeva aldığı xəsarət nəticəsində ölüb.

Azər Əfəndiyev polisə gələrək təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (qəsdən adam öldürmə) maddəsi ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər