Bakıda qadın özünü 6-cı mərtəbədən atıb.
Xətai rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, Telnov küçəsində yerləşən mənzillərdən birində kirayə yaşayan 42 yaşlı Puğu Tubu özünü 6-cı mərtəbədən atıb.
Hələlik qadının intiharının səbəbi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.