Bakı polisinin dilənçilərə qarşı əməliyyatları davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, belə bir əməliyyatlardan birini Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları keçirib. Keçirilən əməliyyat nəticəsində avaralıq və dilənçiliklə məşğul olan 41 nəfər saxlanılıb. Onlardan 20-si qadın, 5-i kişi və 16-sı azyaşlılar olub. Onlar yaşadıqları Yevlax rayonuna göndəriliblər.
Hacı Zeynalov