Qazax rayonunda oğurluq edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqa məşğul olan Fuad Həsənov və Asif Tağıyev tutulublar.
Onlar yanvarın 17-də Qazax rayonunun mərkəzində yerləşən, Vəzifə Hacıyevaya məxsus xalça sexindən oğurluğa cəhd ediblər. Hər iki şəxs sexin pəncərəsindən girərək, oğurluq etmək istəyiblər. Lakin onların istəyi baş tutmayıb və ərazidə mühafizə aparan şəxslər tərəfindən saxlanılmaları mümkün olub.
Hacı Zeynalov