20 Noyabr 2023 10:08
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Dürdanə Əliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dürdanə Əliyevanın barəsində başqa yerə getəmək qətimkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Bakı Slavyan Universiteti tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər