19 Yanvar 2015 14:07
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Sabirkənd kənd sakini Ceyhun Həmidovun avtomobili oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ceyhun Həmidov yanvarın 18-də Şəmkir rayon Polis Şöbəsinə müraciət edərək həmin gün Tovuz rayonunun Əyyublu kəndindən ona məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat verib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Sabirkənd kənd sakini Hüseyn Hümbətov tərəfindən qaçırılması və Düyərli kəndində idarə edilərkən kənd sakini İlqar Piriyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşması müəyyən edilib. Hüseyn Hümbətov tutulub.

Hacı Zeynalov


Müəllif: