19 Yanvar 2015 15:50
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin əkilib becərməkdə ittiham olunan Sərdar Şərifzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şamaxı rayon Qaleybuğurd kəndində külli miqdarda narkotik xassəli bitkinin əkilib becərilməsi barədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 60 yaşlı Sərdar Şərifzadənin icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqda narkotik maddə plantasiyası aşkarlanıb.

Sahədən hündürlüyü 2 metrdən çox olan 100-ə yaxın çətənə kolu maddi sübut kimi götürülüb. Sərdar Şərifzadə ifadəsində bildirib ki, narkotik maddə becərmək məqsədilə may ayında torpaq icarəyə götürüb. Torpaq sahibinin razılığı ilə çətənə kolları əkib.

Bu müddət ərzində narkotik xassəli bitkilərə xüsusi aqrotexniki qaydalara uyğun qulluq edib. Sərdar Şərifzadə həmçinin bildirib ki, çətənə kollarının daha yaxşı inkişaf etməsi üçün xüsusi gübrələrdən də istifadə edib. Yaxın günlərdə kolları yığaraq qurudub satmağa hazırlaşsa da, istəyinə çaya bilməyib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sərdar Şərifzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər