Bakının Səbail rayonu ərazisində 55-60 yaşlı kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 19-da Səbail rayonunun S.Allahverdiyev küçəsində yerləşən parkda üzərində zorakılıq əlamətləri görünməyən 55-60 yaşlı kişi meyiti tapılıb.
Faktla əlaqədar araşdırmalar aparılır.