ABŞ-nin Florida ştatında 14 yaşlı yeniyetmə Milad hədiyyələri üstündə münaqişə zamanı 23 yaşlı bacısını güllələyib.
Teleqraf.com xəbər verir ki, gənc qız Milad ərəfəsində hədiyyə üstündə dava salan qardaşlarını ayırmağa çalışıb.
Qardaşların hər birində silah olub.
Mübahisə əsnasında 14 yaşlı yeniyetmə bacısını sinəsindən güllələyib, nəticədə o ölüb. Bir neçə saniyə sonra ikinci yeniyetmə kiçik qardaşının qarnına atəş açıb. Zərərçəkmiş xəstəxanaya aparılıb.
Qardaşını yaralayan yeniyetmənin adam öldürməyə cəhd maddəsilə ittiham ediləcəyi gözlənilir. O, ruhi xəstəxanada saxlanılır.