Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 21-də, axşam saat 20.00-da qeydə alınıb. Rayonun Xanlar Ələkbərov küçəsində 2000-ci il təvəllüdlü Almaz Musayeva bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, Almaz Musayeva xalası oğlu, 1991-ci il təvəllüdlü Seymur Nəcəfov tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, onların arasında qısqanclıq zəminində mübahisə baş verib və bu səbəbdən də qanlı cinayət hadisəsi törədilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov