22 Yanvar 2015 13:26
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 22-də, saat 01 radələrində qeydə alınıb. Oğuz sakini Kamran Ellazov idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Nasir Əliyevə məxsus “KamAZ” markalı avtomobilə vurub. K.Ellazov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: