Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığına ağır xəsarət yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Rəhim İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin iyulunda Binəqədi rayonu ərazisində baş verib. Qanlı insident nəticəsində Bakı şəhər sakini Nazim Bağırov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Nazim Bağırovun həyatını xilas etmək mümkün olub.
Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim İbrahimov saxlanılıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəhim İbrahimov 7 il müddətində azadlıqdan məhrum edilib.
Hacı Zeynalov