10 Yanvar 17:26
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş şəxsin vəkili prosesin qapalı keçirilməsi barədə vəsatət verib. Vəsatəti onunla əsaslandırılıb ki, işdə ailə sirri ilə bağlı məlumat var.

Təqsirləndirilən şəxs isə buna etiraz edib. Bildirib ki, işdə heç bir ailə sirri ilə bağlı məlumat yoxdur. Məsələyə növbəti iclasda münasibət bildiriləcək.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirlilən şəxsə məhkəmə bildirişi gec çatdığı üçün hazırlıq iclasının davamı yanvarın 17-ə təyin olunub.

Qeyd edək ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib.
İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.

Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.

Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir.
Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.

Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər