Şirvanda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus “Moskviç” markalı minik avtomobilində baş verib.
Nəticədə avtomobilin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.