23 Yanvar 2015 14:00
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda silahlı şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Çevik Polis Alayı və Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcəbədi rayon sakini Adil Quliyev tutulub. Ondan “Makarov” markalı tapança və 1 ədəd patron götürülüb.

Bundan başqa, Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində nömrəsiz “Karabin” markalı silah, “TOZ-8” markalı tüfəng, qaz tapançası və 294 ədəd müxtəlif çaplı patron, Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Horadiz şəhərində 2 ədə “TOZ” markalı tüfəng, 2751 ədəd müxtəlif çaplı patron və 3 patron darağı, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gülüstan qəsəbəsində “RPQ-18” markalı qumbaraatan və 1555 ədəd müxtəlif çaplı patron tapılıb.

Hacı Zeynalov


Müəllif: