Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.
"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə bildirilib.
Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində 8-ci sinif şagirdinin 7 nəfər yeniyetmə tərəfindən döyüldüyü barədə məlumat yayılıb.