23 Yanvar 2015 17:09
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 20-də qeydə alınıb. Bakı şəhər sakini Tahir Əsgərov iki nəfərin hücumu ilə üzləşib. Naməlum şəxslər ona hədə-qorxu gələrək 408 manatını və mobil telefonunu alıblar.

Zərərçəkmiş soyğunçuluqla üzləşməsi ilə bağlı 36-cı polis bölməsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Sumqayıt şəhər sakinləri Namiq Səfərov və əvvəllər məhkum olunmuş Emin Qarayev tutulublar. Onların dost olduğu bildirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər