24 Yanvar 2015 02:56
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küllü miqdarda narkotik vasitə satan Balakən rayon sakini həbs edilib.

Balakən rayon Polis Şöbəsindən APA-ya məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Şamil Ziyəddin oğlu Umarov narkotik vasitə hesab olunan 1 kiloqram 232 qram qurudulmuş marixuananı şərti alıcıya satarkən yaxalanıb.

Faktla bağlı Balakən RPŞ-də CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlayıb, Balakən rayon məhkəməsinin qərarı ilə Şamil Umarov barəsində həbs-qətimkan qərarı çıxarılıb.


Müəllif:

Oxşar xəbərlər