Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər giriş qapısını bayır tərəfdən açaraq mənzilə daxil olublar və halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.