6 Fevral 19:08
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananların vəziyyəti stabildir, onların müalicəsi xəstəxanada davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin ədliyyə naziri Yılmaz Tunc bildirib.

O qeyd edib ki, terror aktı ilə bağlı cinyaət işinin başlanıb hazırda iş üzrə 34 nəfərin saxlanılıb.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Çağlayan Məhkəməsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib. 1-i qadın və 1-i kişi olmaqla, 2 terrorçu öldürülüb. Zərərləşdirilən E.Y. və P.B adlı şəxslərin DHKP/C terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Hücum zamanı 3-ü polis, 3-ü vətəndaş olmaqla 6 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər