Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov saxlanılıb.
Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayon sakini Ramazan Əliyev saxlanılıb. Həmin şəxs ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1 512 (min beş yüz on iki) manat ziyan vurub.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.