24 Yanvar 2015 11:50
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Zığ yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fuad Əbdürrəhmanov idarə etdiyi “Mercedes” markalı maşınla 1956-cı il təvəllüdlü Vəli Murtuzovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: