İmişli rayonunda silahlı insidemt baş verib.
Bu barədə Teleqraf.com-a İmişli rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hacırüstəmli kəndində qeydə alınıb.
Qızılkənd kənd sakini Amil Allahyarov ov edərkən tüfənglə ehtiyatsız davrandığından açdığı atəşlə həmkəndlisi Qismət Səfərova əl nahiyəsindən xəsarət yetirib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “MR-155” markalı tüfəng götürülüb. Q.Səfərov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov