10 Fevral 00:15
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə qətlə yetirilən qadının oğlu danışıb.

Teleqraf.com xəbər verir ki, iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı qətlə yetirilən Nəsibə Aliyevanın oğlu İTV-yə açıqlama verib.

O, qətl hadisəsi ilə bağlı bəzi detalları açıqlayıb:

“İki çörək alıb anama verdim. Daha sonra işlərimi görməyə getdim. Bir müddət sonra mənə xəbər etdilər ki, anam bıçaqlanıb. Gəlib gördüm ki, qardaşım anamın başını kəsib”.

Xatırladaq ki, Kürdəmir Rayon Prokurorluğunun yaydığı məlumata görə, rayonun Şıxımlı kənd sakini İlham Alıyev yaşadığı kəndin ərazisində anası N.Əliyevaya və həmkəndlisi F.Şükürovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, tanışı V.Məmmədovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

Ətraflı süjetdə:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər