13 Fevral 19:37
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib.

Atasını, anasını və qardaşını qətlə yetirən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını - 5 yaşlı qızını da eyni üsulla qətlə yetirdiyi müəyyən edilib.

Ailə üzvlərini balta ilə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Teleqraf.com cinayətin baş berdiyi ərazidən fotoları təqdim edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər