26 Yanvar 2015 12:06
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən 1956-cı il təvəllüdlü Yaşar Yusifovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Lalə Cəfərovanın (ad və soyad şərtidir) evinə daxil olub.

58 yaşlı kişi Lalə Cəfərovanın 2007-ci il təvəllüdlü qızı Leylanın (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor tətbiq edib. O, daha sonra 7 yaşlı qızla cinsi əlaqədə olub.

Yaşar Yusifov Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Yusifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yaşar Yusifov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Yaşar Yusifovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər