Bakıda dələduzluq faktı aşkar olunub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Xəyal Tağıyev Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. O, qeyd edib ki, 2014-cü il avqust ayının 19-da paytaxt sakini Bəxtiyar Məmmədbəylidən 3 sot torpaq sahəsi alıb.
Bunun qarşılığında o, Bəxtiyar Məmmədbəyliyə “BMW” markalı avtomobilini və 1250 manat verib. Sonradan Xəyal Tağıyevə məlum olub ki, Bəxtiyar Məmmədbəylinin verdiyi torpağa aid sənədlər saxtadır.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov