26 Yanvar 2015 15:17
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda faciəli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, C.Məmmədquluzadə küçəsindən 55-60 yaşlı kişi xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin şifahi məlumatlara əsasən o, tufeyli həyat tərzi keçirib. Küçələrdə gecələyən həmin şəxsin donaraq ölməsi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər